“Forbes” rusiyalı milyarderlərin ən zəngin varislərinin reytinqini tərtib edib - Yusif birinci yerdə

"Forbes" jurnalı Rusiya biznesmenlərinin ən zəngin varislərinin siyahısını dərc edib.

Gazette.az AZƏRTAC-a istinadən bildirir ki, "Forbes" nəşrinin məlumatına görə, "Lukoyl" kompaniyasının ən böyük səhmdarı Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov ən varlı varis titulunu özündə saxlayır. Ekspertlər onun varidatını 21,4 milyard dollar həcmində qiymətləndirir.

Siyahıda ikinci yerdə "Yevroxim" və "SUEK" kompaniyalarının təsisçisi Andrey Melniçenkonun oğlu və qızı (hər biri 11,35 milyard dollardan çox), üçüncü yerdə isə "Sibura" və "Novatek" kompaniyalarının ortağı Leonid Mixelsonun varisləri (hər biri 11,35 milyard dollar) qərarlaşıb.

Novolipetsk metallurgiya kombinatının direktorlar şurasının sədri və əsas səhmdarı Vladimir Lisinin oğulları və qızı reytinqin dördüncü pilləsində yer alıb. Onun hər varisinin payı 8,3 milyard dollardır. Siyahıda ilk beşliyi isə "Telegram" platformasının qurucusu Pavel Durovun oğlu və qızı (hər biri 7,55 milyard dollar) tamamlayır.

"Forbes" jurnalının siyahısına hər bir varisinin ən azı 2,6 milyard dollara sahib olduğu 20 ailə daxil edilib.

Jurnalın məlumatına görə, 2022-ci il aprelin 29-da Rusiyada ümumi sərvəti 522 milyard dollara çatan 113 milyarder olub.

SON XƏBƏRLƏR

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

BÜTÜN XƏBƏRLƏR