Fransa klubu türkiyəli hücumçu ilə vidalaşdı
İdman
21.05.2022 / 10:20
Fransanın "Lill" klubu türkiyəli hücumçusu Burak Yılmazla vidalaşıb.
Gazette.az matc.az-a istinadən bildirir ki, barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fransa klubu Türkiyə millisinin sabiq üzvünə xidmətlərinə görə təşəkkür edib.
Yılmaz 2020-ci ilin yayından "Lill"də çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 72 matçda 25 qol vurub, bir dəfə Fransa çempionu, bir dəfə Fransa kubokunun qalibi olub.