BAKU Azərbaycan
9.03 °C

Ceyhun Bayramovun İtaliyaya səfəri başlayıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İtaliyaya səfəri başlayıb.

Gazette.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviter hesabında məlumat yayılıb.

C.Bayramov Avropa Şurası Nazirlər Komitəsinin İtaliyanın Turin iştirakında keçirilən 132-ci iclasında iştirak edir.

Qeyd edək ki, iclasın gündəliyində olan əsas mövzu Ukraynadakı vəziyyətdir. 

“Bu, nazirlər üçün Ukrayna və onun xalqına dəstək və həmrəylik nümayiş etdirmək baxımından bir fürsət olacaq. Onlar həmçinin Avropa Şurasının dəyərləri: sülh, demokratiya, qanunun aliliyi və insan haqları ətrafında birliklərini, həmçinin bu dəyərlər ətrafında çoxtərəfli əməkdaşlığa inamlarını təsdiq edəcəklər. Bundan əlavə, onlar təşkilatın yeni siyasi kontekstdə öz missiyasını yerinə yetirmək qabiliyyətini gücləndirmək üçün addımlar müəyyən edəcəklər”, - qurumun rəsmi saytında yayılan məlumatda bildirilib.