Xalq artisti Vaqif Əsədov dəfn edilib
Mədəniyyət
20.05.2022 / 13:11
Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov dəfn olunub.
Gazette.az xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.
Mərasimdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, mərhumun ailə üzvləri, yaxınları və eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.