BAKU Azərbaycan
14.03 °C

"Beşiktaş"ın hazırkı prezidenti növbəti seçkilərdə də namizəd olub

Türkiyənin "Beşiktaş" klubunun hazırkı prezidenti Ahmet Nur Çebi növbəti seçkilər üçün namizədliyini irəli sürüb.

63 yaşlı funksioner bu barədə mətbuat konfransında bildirib.

Nur Çebi klub prezidentliyi uğrunda mübarizəyə qatılacağını rəsmən açıqlayıb.

Qeyd edək ki, mayın 22-də gerçəkləşəcək seçkidə Fuat Çimen də namizəd olub.