BAKU Azərbaycan
15.03 °C

"Ayntraxt" azarkeşləri Avropa Liqasının final oyunundan əvvəl saxlanılıb

Almaniyanın "Ayntraxt" klubunun 5 azarkeşi İspaniyada Şotlandiya "Reyncers"inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının final oyunundan əvvəl saxlanılıb.

Gazette.az  "Evening Standard"a istinadən xəbər verir ki, üzünü maska ilə örtən fanatlar rəqib tərədarlara fişənglər atıblar.

Polis qarşıdurmada 200-dək "Ayntraxt" azarkeşinin olduğunu bildirib. Hadisə yerinə əlavə polis qüvvələri gəlib və onlar vəziyyəti nəzarət altına almaq üçün havaya bir neçə dəfə xəbərdarlıq atəşi açmalı olublar.

Sevilya şəhərindəki final oyunun təşkili üçün ümumilikdə 5,5 mindən çox polis səfərbər edilib. İğtişaşlar nəticəsində “Reyncers”in bir azarkeşi başından xəsarət alıb.

Qeyd edək ki, "Ramon Sançes Pisxuan" stadionundakı final qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.