BAKU Azərbaycan
20.03 °C

Səfir: “Aİ Azərbaycan ərazilərində həyata keçirilən bərpa layihələrini dəstəkləyir”

"Avropa İttifaqı (Aİ) Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və bərpası layihələrini dəstəkləyir. Aİ-nin yüzlərlə şirkəti münaqişədən əziyyət çəkmiş ərazilərin bərpasına maraq göstərir və bu istiqamətdə fəaldır".

Gazette.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Bakıda keçirilən Azərbaycan - Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.

Səfir Aİ-nin Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, ötən il Aİ ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 15 milyard avro təşkil etdiyini xatırladıb: “Bu rəqəmlərin artacağına ümid edirik”.

O, Aİ-nin “Ağıllı kənd” layihəsi, “yaşıl enerji” və kənd təsərrüfatının inkişafı çərçivəsində əməkdaşlıq etməyə hazır olduğunu, tvinninq layihələrinə də xüsusi diqqət ayrıldığını diqqətə çatdırıb.