FIDE prezident və vitse-prezident seçkilərinin vaxtını açıqlayıb
09.05.2022 / 18:01
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti və vitse-prezidentləri vəzifələrinə seçkilərin vaxtı açıqlanıb.
Gazetta.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, tədbir 7-8 avqustda - qurumun Hindistanın Çennai şəhərində planlaşdırılan Baş Assambleyasının iclasında gerçəkləşəcək.
Seçkilərdə iştirak üçün ərizələr iyunun 7-dən gec olmayaraq təqdim edilməlidir.
Qeyd edək ki, FIDE-nin hazırkı prezidenti rusiyalı Arkadi Dvorkoviç, vitse-prezidentləri isə Azərbaycan Şahmat Federasiyasına rəhbərlik edən Mahir Məmmədov və perulu Xulio Ernesto Qranda Suniqadır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay