BAKU Azərbaycan
15.03 °C

Poqba sabiq klubu ilə danışıqlara başlayıb

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba gələcək karyerası ilə bağlı qərarını verib.

29 yaşlı yarımmüdafiəçi sabiq komandası olan İtaliya "Yuventus"una keçmək istəyir.

Fransa PSJ-sinin də maraq dairəsində olan təcrübəli oyunçu artıq Turir təmsilçisi ilə danışıqlara başlayıb.

Daha əvvəl fransalı futbolçu ilə İngiltərənin digər təmsilçisi "Mançester Siti"nin də maraqlandığı bildirilib.

Qeyd edək ki, cari mövsümün sonunda Pol Poqbanın "Mançester Yunayted"lə müqaviləsi başa çatacaq.

 

 

report