Yulaf yarması sıyığı ən faydalı səhər yeməyi

Yulaf yarması sıyığı bir çox Avropa ölkələrində ənənəvi səhər yeməyi sayılır.

Bunun çox dərin mənası var. Yulaf yarması sıyığı buterbrod və digər səhər yeməkləri ilə müqayisədə yüngül qidadır. Lakin bu sıyığın tərkibində yüksək enerji və qida dəyəri olan karbohidratlar var ki, bu karbohidratlar orqanizmdə daha gec qlyükozaya çevrilir. Bunun nəticəsində insan daha uzun müddət ərzində toxluq hiss edir və fəal olur.

Yulaf yarması müxtəlif vitaminlər (B qrupu, E, PP və s.) və mineral maddələrlə (kalium, dəmir, kalsium, maqnezium, fosfor və s.) zəngindir. Yulaf yarmasının tərkibində nadir fol turşusu var. Fol turşusu hamilə qadınlar üçün xüsusilə vacibdir, bu maddə döldə inkişaf pozulmaların riskini azaldır.

Yulaf yarması sıyığı həzm proseslərinə çox müsbət təsir edir. Qəbizlikdən əziyyət çəkən insanlar bu sıyığı müntəzəm olaraq yeməlidir. Bu halda onların bağırsaqları daha yaxşı işləyəcək.

Sıyıq mədənin selikli qişasına iltihabəleyhinə təsir edir, eroziya və xoraların tez sağalmasına kömək edir.

Bundan əlavə bu sıyıq bizim bağırsaqlarımızda yığılan müxtəlif zərərli maddələri (toksinlər, şlaklar və s.) orqanizmdən çıxartmağa kömək edir, "pis" xolesterinin səviyyəsini aşağı salır.

Yulaf yarması sıyığının tərkibində olan B qrupu vitaminləri və aminoturşular insanın sinir sistemi üçün çox faydalıdır.

Yulaf yarmasının tərkibində olan maddələr həmçinin ürək-damar sisteminin vəziyyətinə də çox müsbət təsir edir.

Şəkərli diabet, mədə-bağırsaq sistemi xəstəlikləri, qara ciyər xəstəlikləri zamanı yulaf yarması sıyığı əsl müalicəvi təsir edir.

Dadlı yulaf yarması sıyığı bişirmək üçün təqdim etdiyimiz reseptdən istifadə edin.

Lazım olan məhsullar:

- süd (su da istifadə etmək olar, lakin südlə bişirilmiş sıyıq daha dadlı və faydalıdır) - 1 stəkan,

- yulaf yarması (yarmanın özünü və ya "herkules" lopalarından istifadə etmək olar) - 1/2 stəkan,

- şəkər tozu və duz - zövqə görə (qəhvəyi şəkər tozundan istifadə edə bilərsiniz, bu şəkər tozu daha faydalıdır),

- kərə yağı.

Hazırlanma:

1. Qaynayan südə yulaf yarmasını tökün və qarışdıra-qarışdıra vam odd 5 dəqiqə ərzində bişirin.

2. Hazır sıyığa kərə yağı, duz və şəkər əlavə edin.

3. Sıyığa zövqə görə bir neçə qaşıq kəsmik və ya bal, təzə meyvə (və ya meyvə quruları), qoz-fındıq əlavə oluna bilər. Bu sıyığı daha faydalı edəcək.

Milli.Az

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR