"Anasını öldürən oğluna yazıblar ki, "halaldır"
İncəsənət
23.04.2022 / 12:09
"Dostlar, camaat, nə olub sizə? Niyə bu qədər dəyişmişik? Bu artıq neçənci cinayyət hadisəsidir? Axı necə? Qarşıma qadın şəkli çıxdı, 15 yaşlı oğlu tərəfindən öldürülən qadın".
Gazette az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova övladı tərəfindən qətlə yetirilən qadınla bağlı fikirlərini bölüşərkən bildirib. Sənətçi qeyd edib ki, insanların bu cür cinayyət hadisələrinə şərhi çox sərtdir:
"Şərhləri gördüm, şoka düşdüm: "Zor eləyib öldürüb", "Halaldır oğlana", "Bilinir niyə öldürüb, əcəb edib", "Həbsxanada şah kimi yaşayacaq, halaldı ona" və sair... İnanın ki, hər 3 kişi şərhindən sonra 5 qadın şərhi gəlir. Bu "qeyrəti" islamla əlaqələndirirksə, bəs insan həyatının itməsi və böhtanlara görə qorxmuruq Allahdan?".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay