BAKU Azərbaycan
14.03 °C

"Anam bizi döyürdü" - Cennifer Lopez

Amerikalı məşhur müğənni Cennifer Lopez "Netflix" platformasında yayımlanan "Jennifer Lopez: Halftime" adlı sənədli filmindəki daha bir etirafı ilə gündəmə gəlib.

Gazette.az axsam.az-a istinadən xəbər verir ki, çətin uşaqlıq dövründən danışan sənətçi keçmişdə bacılarının və özünün şiddətə məruz qaldığını bildirib:

"Anam çətin adam idi. Yaşamaq üçün lazım olana əl atırdı. Bu onu güclü və daha möhkəm edirdi. Bizi qəzəbindən yox, uşaqlarının müstəqil və sarsılmaz böyüməsi üçün qəddarcasına döyürdü. O, kişilərə inanmağımızı istəmirdi".

Cennifer hazırda 76 yaşlı anası Qvadalupe Rordigezlə münasibətlərinin yaxşı olduğunu da vurğulayıb.