Dünyada ərzaq böhranı payızdan hiss olunacaq - Bu ölkələr risk altındadır!

Dünya payıza doğru ciddi istehlak malları qıtlığı ilə toqquşa bilər.

Gazette az bakupost-a istinadən xəbər verir ki, bunu dünya maliyyə məsələləri üzrə dosent, ekspert Lazar Badalov bildirib.

"Avropada, dünyada enerji resurslarının qiyməti kəskin bahalaşandan sonra taxıl məhsullarının defisiti ilə payıza doğru dünya, xüsusən Avropa, Şərqi Asiya ciddi böhranla üz-üzə gələcək.

Avropanın sanksiyalarının təsiri indi bilinmir, çünki dövlətlərin 1 illik ehtiyatı var. Avropa Rusiya qazından, neftindən imtina edərsə, Avropa, Afrika və Şərqi Asiya ölkələri ciddi defisitlə mübarizə aparmalı olacaq.

İndi çox siyasətçilər ölkələrindəki iqtisadi problemləri Ukraynadakı vəziyyətlə əlaqələndirir, lakin bunun birbaşa Rusiyaya sanksiyalardan qaynaqlandığını etiraf etmək istəmirlər.

Bunu etiraf etməsələr də anlayırlar. Hazırda ən böyük zərbə neft-qaz sektoruna düşüb, qiymətlər bir azdan tarixi rekord nöqtəyə çatacaq.

Qeyd edim ki, hələ neft və qazın dünya bazarına çıxarılmasında azalma yoxdur. OPEC belə bir qərar versə, enerji resursları bahalaşacaq, bu da qida sənayesini çıxıılmaz dalana salacaq.

Əsl böhran payızda hiss olunacaq. Afrika və Asiyanın yoxsul ölkələri üçün ölüm-dirim savaşı olacaq" - deyə Badalov deyib.
Yunanıstan, İtaliya, İspaniya, kiçik Avropa dövlətləri, Polşa, Sloveniya yüksək miqdarda borclanacaq. Afrikanı payızdan qışa doğru dəhşətli aclıq gözləyir. Bu ac, yoxsul insanların Avropaya miqrasiyasına səbəb olacaq.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR