BAKU Azərbaycan
15.03 °C

Güclü külək Gəncədə və ətraf rayonlarda fəsadlar yaradıb

Güclü külək Gəncə şəhərində və ətraf rayonlarında bəzi fəsadlar törədib.

Gazette az xəbər verir ki, Gəncə şəhərində bir neçə ağac aşıb. Oxşar hadisə yaxın rayonlarda da qeydə alınıb.

Güclü külək səbəbindən yaranmış toz avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaradıb.

Daşkəsən rayonunda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Hazırda Gəncə şəhərində və yaxın rayonlarda küləkli hava şəraiti davam edir.

Qeyd edək ki, Gəncə şəhəri ərazisində aidiyyəti qurumların əməkdaşları küləyin daha hansı fəsadları yaratdığını araşdırırlar.

 

 

report