BAKU Azərbaycan
20.03 °C

Cennifer Lopez nişanlandığını təsdiqlədi

Müğənni Cennifer Lopez sevgilisi Ben Affleklə nişanlandığı təsdiqləyib.

Gazette az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı şəxsi həyatı ilə bağlı məlumatları paylaşdığı "On The JLo" saytında etiraf edib. O, yaşıl almaz üzüyünü göstərərək "yaşıl mənim sevimli rəngimdir, sən mükəmməlsən" sözlərini deyib.

Video yayımlanandan bir müddət sonra müğənninin bacısı Linda nişanı təsdiqləyib.

Qeyd edək ki, son olaraq qızı Emma ilə gəzintiyə çıxan Cey Lonun barmağındakı brilyant üzük nişan şayiələrinin yaranmasına səbəb olub. Bundan əvvəl də onun barmağında olan tək daş üzük diqqət çəkmişdi.

Onu da qeyd edək ki, Cenniferlə Ben 2002-ci ildə görüşməyə başlamış və 2 illik münasibətdən sonra ayrılmışdılar. Onlar 17 illik ayrılıqdan sonra ötən il yenidən bir araya gəliblər.