BAKU Azərbaycan
20.03 °C

SON DƏQİQƏ: Azərbaycan mədəniyyətinə böyük itki - Xalq artistimiz vəfat etdi

Xalq artisti Zülfüqar Abbasov dünyasını dəyişib.

 

Gazette Az xəbər verir ki, Zülfüqar Abbasov Mingəçevir Dövlət Dram Teatrının Baş rejissoru olub.

 

Qeyd edək ki, 1968-ci ildən (fasilələrlə) M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının rejissorudur (1992-ci ildən həmçinin direktoru, 1999-cu ildən baş rejissor). "Hacı Qara” (M.F. Axundzadə), "Eşq və intiqam” (S.S. Axundov), "Müfəttiş”, "Evlənmə” (N.Qoqol), "Əliqulu evlənir” (S.Rəhman), "Cavanşir”, "Şeyx Şamil” (M.Hüseyn), "Mahnı dağlarda qaldı”, "Sevgililərin cəhənnəmdə vüsalı” (İ.Əfəndiyev), "Şeytan nəsli” (H.Muxtarov), "Dar ağacı” (B.Vahabzadə), "Ölülər” (C.Məmmədquluzadə), "Almaz”, "Solğun çiçəklər” (C.Cabbarlı), "Vaqif” (S.Vurğun), "Ayrılmaq anı” (M.Baycıyev) və s. əsərləri tamaşaya qoyub, aktyor kimi də çıxış edib.