Azərbaycan elektrik enerjisinə tələbatın artımına görə dünyada 2-ci olub

Ötən il qlobal miqyasda 12 %-lik artımla Azərbaycan elektrik enerjisinə tələbatın ən sürətlə artdığı 2-ci ölkə olub.

Gazette Az xəbər verir ki, bu barədə iqlim və enerji sektorunda fəaliyyət göstərən “Ember” konsaltinq şirkətinin hesabatında bildirilib.

Sənədə əsasən, 2021-ci ildə elektrik enerjisinə tələbatın ən sürətlə artdığı ölkə Çin (13 %) olub. Onu Azərbaycan (12 %), Qazaxıstan (10 %) və Türkiyə (9 %) izləyib.

Araşdırmaya görə, digər bərpa olunan enerji mənbələri nəzərə alındıqda, 2021-ci ildə dünyada elektrik enerjisi istehsalının 38 %-i “yaşıl enerji” mənbələri hesabına həyata keçirilib. Digər tərəfdən, kömür istifadəsində pandemiyadan sonrakı iqtisadi canlanma dövründə 1985-ci ildən bəri ən sürətli artım yaşanıb. 2015-ci ildə Paris İqlim Sazişi imzalanandan bəri küləyin və günəşin payı elektrik enerjisi istehsalında iki dəfə artıb.

Külək və günəş enerjisinə ən sürətli keçid Hollandiya, Avstraliya və Vyetnamda baş verib. Hər 3 ölkə son iki ildə elektrik enerjisi tələbinin 10 %-ni fosil yanacaqdan “yaşıl mənbələr”ə keçirib.

Tədqiqatçılar bildirirlər ki, 2021-ci ildə kömürə tələbatın yenidən artmasına baxmayaraq, ABŞ, Böyük Britaniya, Almaniya və Kanada kimi böyük iqtisadiyyatlar yaxın 15 il ərzində şəbəkələrini 100 % elektrikləşdirməyi hədəfləyir. Bu dəyişiklik, qlobal istiləşməni 1,5 dərəcə Selsi şkalası ilə məhdudlaşdırmaq üçün ölkələrin iqlim öhdəlikləri ilə bağlıdır. Alimlər buna nail olmaq üçün külək və günəş enerjisindən istifadənin 2030-cu ilə qədər hər il təxminən 20 % artması hesabına mümkün olduğunu qeyd edirlər.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR