“İstəsəm nəinki Ukraynanı, Latviya, Litva, Polşa və Rumıniyanı iki günə tutaram” - Putin hədələdi

Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Donbassda gedən müharibə zamanı Ukrayna prezidenti Petr Poroşenkonu “istəsəm Kiyevi 2 günə tutaram” deyə hədələyib.

 

Üstəlik Putin 2 günə nəinki Kiyevi, 5 Avropa Birliyi ölkəsini də tuta biləcəklərini deyib.

Gazette Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Almaniyanın nüfuzlu “Suddeutsche Zeitung” qəzeti Poroşenko ilə Putin arasında Almaniyanın da vasitəçilik etdiyi qapalı danışıqlardan xəbərdar olan mənbələrə istinadən yazıb.

Həmin 5 Avropa ölkəsi isə Polşa, Rumıniya, Estoniya, Litva və Latviya idi. “Əgər istəsəm Rusiya ordusu sadəcə Kiyevi deyil, Riqanı, Vilnüsu, Tallini, Varşavanı və Buxaresti iki günə tutar”, – Putin Poroşenkonu hədələyib.

Putinin Ukraynanın işğal planı 2-3 günə başa çatsaydı hədəfdə Baltik ölkələrinin və Polşanın olacağı haqda daha əvvəl də məlumatlar var idi. Bu günlərdə Avropa Komissiyasının rəhbərinin müavini, latviyalı diplomat Valdis Dombrovkis də bu haqda danışıb. O, ABŞ-ın “Politico” nəşrinə açıqlamasında deyib ki, əgər Qərb Ukraynaya dəstək verməsə Putin hərbi hədəflərini genişləndirəcək və Ukraynada qalib gələndən sonra Baltik ölkələrinə hücum edəcək. “Əgər biz Ukraynaya dəstək verməsək bu müharibə Ukrayna ilə bitməyəcək”, – o bildirib.

SON XƏBƏRLƏR

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

BÜTÜN XƏBƏRLƏR