Məşhur futbolçu PSV-nin baş məşqçisi olacaq

Niderland millisinin sabiq futbolçusu Rud van Nistelroy yayda PSV-yə baş məşqçi təyin olunacaq.

Keçmiş hücumçu ilə danışıqlar müsbət yekunlaşıb. 46 yaşlı mütəxəssis Eyndhoven komandasına rəhbərlik etməyə razılıq verib. Tərəflər qalan bütün məsələləri yayda yoluna qoyacaqlar.

Hazırda van Nistelroy PSV-nin gənclərdən ibarət komandasına rəhbərlik edir. Lakin klub rəhbərliyinin fikrincə, o, əsas kollektivin sükanı arxasına keçməyə hazırdır.

Qeyd edək ki, Rud van Nistelroy PSV strukturunda 2016-cı ildən çalışır. Onun aktivində Niderland millisində də iş təcrübəsi var. O, yığmada baş məşqçinin köməkçisi kimi çalışıb. Futbolçu qismində isə van Nistelroy yerli "Den Boş", "Herenven", PSV, İngiltərənin "Mançester Yunayted", Almaniyanın "Hamburq", İspaniyanın "Real Madrid" və "Malaqa" komandalarının formasını geyinib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR