Azərbaycanda əməkdar artistə bahalı maşın hədiyyə etdilər
İncəsənət
26.03.2022 / 12:17
Əməkdar artist Cavanşir Məmmədova avtomobil hədiyyə olunub.
Gazette Az xəbər verir ki,bu barədə müğənni ARB TV-də yayımlanan “Həmin Zaur” verilişində deyib:
“Ayın 15-də ad günüm idi. İki dostum gecə zəng etdi ki, səhər bir yerə gedəcəyik. Məni maşın salonuna apardılar. Avtomobilin pulunu verdilər, sənədlərinin də adıma keçirilməsini tapşırdılar. Bahalı avtomobil deyildi, 4 qapılı “Niva” idi. Onlar bilirlər ki, eksklüziv avtomobilləri sevirəm. 20 il əvvəl də “Qaz 31” limuzin hədiyyə etmişdilər. Dedim, pulun yarısın mən verim, qoymadılar. 24 min manata aldılar”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay