Özümüzü ictimai nəqliyyatda infeksiyalardan necə qorumalıyıq?

Şəhərdəki həyat bir çox təhlükə ilə üz-üzədir və əsas olanlardan biri infeksiyadır. Qış fəslində sosial həyatı aktiv olan insanlar yoluxucu infeksiyalarla tez- tez üzləşə bilərlər. Özünüzü necə qorumalısınız? Sizə kömək edəcək bir neçə vasitələri təqdim edirik.
Əllərin yuyulması.
Əlbəttə ki, əllərinizi yumağın vacibliyini bilirsiniz;  bayırdan evə girdikdə, yeməkdən əvvəl, heyvanlarla təmasda olduqdan sonra və s. Ancaq infeksiyalardan qorunmaq üçün gigiyena prosedurunun başqa bir vacib məqamı var: ictimai yerlərə və xüsusən nəqliyyatdan sonra əllərin mütləq yuyulması çox önəmlidir. Qələm, cib telefonu, pul və daha çox yerdən təkcə bir tənəffüs yolu ilə bir infeksiyanı tuta bilərsiniz, buna görə də prinsip olduqca sadədir.
Sanitariya.
Avtobusdan, metrodan sonra əllərinizi yuya bilmirsinizsə əgər hər hansı bir əczanədə satılan xüsusi bir spirt məhlulundan istifadə edərək dizenfeksiya edə bilərsiniz. Yeri gəlmişkən nəqliyyatda gəzintidən sonra əllərinizi yumaq vərdişi yalnız qışda deyil, eyni zamanda ilin istənilən vaxtında olmalıdır. Məsələn, hepatit A (sarılıq), rotavirus, vərəm və demək olar ki, bütün bağırsaq infeksiyaları əllər vasitəsilə ötürülür. Bununla belə, hətta alimlər razılaşırlar ki, adi bir maska viruslardan tam qoruya bilməsə də, öskürək və ya asqırma kimi hallarda bir insanın tüpürcək hissəciklərinin havada uçuşaraq infeksiyanın yayılmasının qarşısını alır. Çantadakı antibakterial salfetlər də infeksiyalardan qorunmaq üçün yaxşı bir köməkdir.
Burun spreyi.
Yüksək yoluxucu mövsümlərdə yaxşı bir tədbir ictimai bir yerə baş çəkdikdən sonra burun yuyulmasıdır. Fakt budur ki, viruslar əksər hallarda burun mukozası vasitəsi ilə bədənə nüfuz edir: onlar nəfəs aldığımız hava ilə orqanizmimizə daxil olur. Ancaq onları yuyub təmizləsəniz, infeksiya riskini azalda bilərsiniz. Bunun üçün özünüz hazırlaya biləcəyiniz və ya əczanədə burun yuyulması üçün əlverişli bir formada ala biləcəyiniz duzlu məhlul(sprey) alıb istifadə edə bilərsiniz. Bütün bunlar çətin xəstəliklərə qarşı sadə vərdişlər hesab edilir. İnfeksiyaya qarşı qorunmanın həqiqətən təsirli bir yolu, əllərinizlə üzünüzə toxunma vərdişindən imtina etməkdir. Gözlərinizi və ya burnunuzu barmaqlarınızla ovuşdurmağı tərgitməlisiniz.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR