BAKU Azərbaycan
16.03 °C

“Məni gözü götürməyənlər çoxdur”

"Yaxşı münasibətdə olduğum insanlar var. Ailəvi dostluq edəcəyim insan yoxdur. Şou biznesdə kişi müğənniləri arasında dostluq olmur".

Gazette Az olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov "10-da görüşək" proqramında qonaq olarkən deyib.

Sənətçi bildirib ki, şou-biznesin kişi üzvləri arasında dostluq yoxdur: "Rəqabət var. Ancaq son zamanlar görürəm ki, məni gözü götürməyən insanlar çoxdur. Bunu hiss edirəm. Ona görə də, həmin ortamlarda olmaq istəmirəm. Mən harda rahatamsa, ordayam".