BAKU Azərbaycan
21.03 °C

Gənc yaşlarında kartof oğurladığını açıqladı

Rusiyalı məşhur müğənni Lolita Milavskaya "7 Days"ə müsahibəsində gəncliyində acından ölməmək üçün kartof oğurladığını etiraf edib.

Gazette Az axşam.az-a istinadən xəbər verir ki, Lolita həmin hadisəni belə xatırlayır:

"Yadımdadır, kolxoz tarlasından kartof oğurlayırdım. Qışda tədarüküm olsun deyə  bir kisə kartofu sürükləməli olmuşdum. Yaxşı oxuyub təqaüd alsam da, pulum hələ də çatmırdı. Yalnız qidalandırmaq deyil, zirzəmidə yerləşən otağım üçün də pul ödəmək lazım idi. Buna görə də, bir kisə oğurlanmış kartof bu şəraitdə həqiqətən də xilas yolu idi".

İfaçı bildirib ki, o, bir dəfə oğurluq edərkən yaxalanıb, amma kolxoz sədri onun bu əməlini bağışlayıb. Milyavskaya əlavə etdi ki, sonradan o və üç sinif yoldaşı həmin bir kisə kartofu altı ay yeyib.