BAKU Azərbaycan
16.03 °C

“Yoldaşımla tanış olmazdan öncə mənim ailəm atam olub" - Səidə

"Yoldaşımla tanış olmazdan öncə mənim ailəm atam olub. Atam mənim üçün ailədə çox böyük önəm daşıyıb. Hər şeyim onunla bağlı idi. Atamın yoxluğu məni çökdürdü, amma ayağa qalxmağa mənə həyat yoldaşım köməklik etdi. O vaxt atama görə yaşayırdım, indi isə yoldaşıma, övladıma görə. Atam da arxayın idi ki, yoldaşım mənə arxa-dayaq olacaq. Əgər ailədə səni başa düşən həyat yoldaşı, arada böyük hörmət varsa bu qadın üçün ikiqat xoşbəxtlikdir. Hər kəsə gözəl ailə arzulayıram. Bizim ailədə hər şey qarşılıqlıdır, hər bir şeyi bir-birimizlə məsləhətləşirik. Qadının qadın yeri, kişinin də kişi yeri var".

Gazette Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında müğənni Səidə Dadaşova deyib. O daha sonra əlavə edib.

"O vaxt aktrisa olmaq istəyirdim, atama dedim, nədənsə razı olmadı. Deyirdi ki, bu sənətdə pul yoxdur. Amma müğənni olmaq istəyimi biləndə sevindi, çünki mənə arxayın idi, səsimi bəyənirdi. Daha sonra mənim üçün bir neçə mahnı da yazdı. Mən seriallara da dəvət almışam, amma özümə uyğun görməmişəm, çəkilməmişəm. Atamın yarım qalan dəstəyini bu gün yoldaşım həyata keçirir. O istəyir ki, mən daha da böyük uğurlar, nailiyyətlər əldə edim. Atam da hər zaman yoldaşıma deyirdi ki, mənə oğul əvəzisən, bilirəm ki, hər zaman qızımın yanında olacaqsan" deyə müğənni bildirib.

"Sizcə atanıza həyat yoldaşı tərəfindən  sizin yoldaşınıza göstərdiyiniz gözəl münasibət, diqqət olub?" sualına isə Səidə Dadaşova bildirib. 

"Mən onların adından danışa bilmərəm. Bunu onların özləri daha yaxşı bilirdilər. Çünki bu həyatı onlar yaşayıblar, mən sadəcə övladlığımı etmişəm. Mən öz adımdan nəsə deyə bilərəm. Bu sualı sağ ikən yaxşı olardı ki, onun özündən soruşardınız. Bəlkə də nə vaxtsa danışıb, müsahibə verib bu haqda" deyə müğənni bildirib.