BAKU Azərbaycan
17.03 °C

"Emin 444" ləqəbli Emin Səfərovun qətlində ittiham olunan Zaur Yusifov dünən gecə belə öldürüldü - FOTOLAR

Xəbər verdiyimiz kimi, Bakıda kriminal avtoritet "Emin 444" ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov ötən gün axşam saatlarında öldürülüb.

Gazette Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Zaur Yusifov 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində güllələnib. Kikboks üzrə dünya çempionu naməlum şəxs və ya şəxslər tərəfindən "Vinçester" markalı silahla güllələnərək qətlə yetirilib.