BAKU Azərbaycan
18.03 °C

Tanınmış aktyor 72 yaşına 1 həftə qalmış vəfat etdi

Amerikalı aktyor Uilyam Hört 72 yaşını qeyd etməyə bir həftə qalmış vəfat edib.

Gazette Az axşam.az-a istinadən xəbər verir ki, aktyorun oğlunun sözlərinə görə Uilyam ötən gün təbii səbələrdən evdə dünyasını dəyişib.

Qeyd edək ki, aktyor 1985-ci ildə "Hörümçək qadının öpüşü" filmində canlandırdığı obraza görə "Oskar" alıb. U.Hört "Qara dul", "Qisasçılar", "Beowulf", "Challenger", "Damages" kimi bir çox ekran işində çəkilib.