BAKU Azərbaycan
25.03 °C

“Harri Potter”in müəllifi Ukraynaya milyon dollardan çox ianə verib

Məşhur britaniyalı yazıçı Coan Roulinq hərbi əməliyyatlardan zərər çəkmiş ukraynalı uşaqlar üçün 1 milyon funt sterlinq (təxminən 1,3 milyon ABŞ dolları) toplayıb.

Gazette Az “Segodnya.ua”ya istinadən xəbər verir ki, “Harri Potter”in müəllifi özünün “Lumos” xeyriyyə təşkilatı tərəfindən zərərçəkmiş uşaqlar üçün təşkil edilən ianə aksiyasına dəstək verib. Fond ukraynalı uşaqları qida, gigiyena vasitələri və dərmanlarla təmin etmək üçün vəsait toplayır.

“Şəxsən 1 milyon funt sterlinqi ianə edəcəyəm. Vəsaitin toplanmasında iştirak edən hər kəsə təşəkkür edirəm. Siz “Lumos”a Ukraynanın ən həssas uşaqları üçün mühüm işlər görməyə imkan yaradırsınız”, - yazıçı tviter hesabında yazıb.