
Reklam
07 Mart 2022, 21:17
554
Yaponiya ABŞ-la Rusiyadan neft tədarükünə qadağa qoyulmasını müzakirə edir
Yaponiya hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar sanksiyalar çərçivəsində Rusiyadan neft tədarükünün qadağan edilməsi üzrə ABŞ və Avropa ölkələri ilə danışıqlar aparır.
Bu barədə Gazette Az “Kyodo”ya istinadən xəbər verir.
Hazırda Yaponiyanın neft idxalının, təxminən, 4%-ni Rusiyadan alınan neft təşkil edir.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken rəsmi Vaşinqtonun avropalı tərəfdaşları ilə Rusiyadan neft tədarükünün qadağan olunması imkanını müzakirə etdiyini bildirmişdi.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





