BAKU Azərbaycan
24.03 °C

"Mən əfsanəyəm"in davamı çəkiləcək - Uill Smit də olacaq

"Mən əfsanəyəm" filminin davamında çəkiləcək.

Gazette Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "The Hollywood reporter" məlumat yayıb. Bildirilib ki, 2007-ci il buraxılışının davamında yenidən Hollivud ulduzu Uill Smit rol alacaq. Onunla birgə ekran işində Maykl B.Cordanın da yer alacağı məlum olub.

Həmçinin orijinal filmin ssenari müəllifi və prodüseri Akiva Qoldsman layihədə olacaq. Filmin direktoru hələ təyin edilməyib.

Bununla yanaşı çəkilişlərin və premyeranın başlama tarixi, süjetin təfərrüatları hələlik açıqlanmayıb.