BAKU Azərbaycan
16.03 °C

Rusiya vətəndaşlığı olan Jerar Depardye ilk dəfə mövqeyini açıqladı

2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edən fransız aktyor Jerar Depardye Ukraynadakı hərbi əməliyyatlara olan münasibətini ilk dəfə şərh edib. O, tərəfləri sülh danışıqlarına başlamağa çağırıb.

Gazette Az axşam.az-a istinadən xəbər verir ki, aktyor bu barədə "France-Presse" agentliyinə açıqlamasında bildirib.

"Rusiya və Ukrayna həmişə qardaş ölkələr olub. Bu qardaş müharibəsinin əleyhinəyəm. Müharibəni dayandırın və danışıqlar aparın" - deyə, Jerar bildirib.

Qeyd edək ki, aktyor Fransanın keçmiş prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarından 75 faiz vergi tətbiq etmək niyyətinə etiraz olaraq Rusiya vətəndaşlığı istəyib. O, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinlə qısa görüş zamanı pasportunu alıb.