BAKU Azərbaycan
15.03 °C

Hadisəni canlı yayımda tənqid edən aparıcılarla bağlı qərar

Məhkəmə müğənni Hadisənin 2009-cu ildə qatıldığı "Eurovision" mahnı müsabiqəsində birinci olmaması haqda tənqidlər səsləndirən aparıcılar Bircan Bali və Arton barəsində qərar qəbul edib.

Gazetteaz axşam.az-a istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, sözügedən canlı yayımda aparıcılar tərəfindən səsləndirilən fikirlərin şəxsi hüquqlara qəsd təşkil etdiyi əsas götürülüb. Belə ki, Bircan və Arton 20 min lirə mənəvi təzminat ödəməli olacaq.

Qeyd edək ki, Bircan canlı yayım zamanı "Hadisənin özəl günü idi, yoxsa birinci olardı" sözlərini işlədib. Arto isə Balinin sözlərinə qarşılıq verərək "Budur, qarşınızda Haydar Dümen" deyərək, gülüb.