BAKU Azərbaycan
15.03 °C

"Onu qarşımda görsəm əl-ayağım titrəyər"

Bir zamanlar rol aldığı seriallarla məşhurlaşan, lakin daha sonra keçirdiyi psixoloji problemlər səbəbindən ekrandan uzaqlaşan aktyor Arda Kuralın Yıldız Asyalı ilə bağlı efirafına aktrisanın cavabı gecikməyib.

Gazetteaz axşam.az-a istinadən xəbər verir ki, aktrisa Ardanın sənətdən ayrılması məcburiyyətində qalmasına kədərləndiyini bildirib. 

"Onu bu dəfə daha yaxşı gördüm. Deyəsən hələ də müalicə alır. Nə qədər ki, belədir, öpüb başıma qoyacağam. Onu çox sevirəm, həmişə yaxşı olsun.

İlk sevgi çox güclüdür. Yaşımız çox az idi. "Bizi ayırdılar" deyir, haqlıdır. Çətin idi.

Nə vaxt bir araya gəlsək ağlayırıq. Bir neçə il əvvəl yenidən görüşdük, hətta bir araya gəlməyə çalışdıq. O vaxt depressiyada idi deyə alınmadı. İndi onu qarşımda görsəm əl-ayağım titrəyər... Bu, çox normaldır. Rəhmətlik nənəm anama "Əgər sən bu uşaqları evləndirməsəz, gələcəkdə çox əziyyət çəkəcəklər" söyləmişdi. Elə də oldu, çox acı çəkdik.

Aramızda çox güclü hislər var, ona görə də dost ola bilmədik. Onunla telefonda danışmağa belə cəsarətim yoxdur. Nə onun, nə də mənim həyatımda ciddi nəsə var. Çünki heç nə bu hissin önünə keçə bilmir" - deyə, Yıldız açıqlayıb.