Qızı ilə rol aldığı serialı 5 milyon dəfə izləndi
İncəsənət
17.02.2022 / 12:09
Türkiyənin məşhur aktyoru Mehmet Günsür qızı Cloe ilə kamera qarşısına keçib.
Gazetteaz olay-a istinadən xəbər verir ki, İtaliyada bir serialda rol alan ata-qız rekord qırıb.
"Rai-1" kanalında yayımlanan serialın ilk bölümü 5 milyon şəxs tərəfindən izlənilib.
Eyni gün "İnter Milan-Roma" futbol oyununu geridə qoyan serial izləyicilərin 22,4 faizinə çatıb.
Mehmet "Lea" ( Yeni bir gün) adlı ekran işində bir musiqiçini canlandırır. Onun istəmədən bir qız övladı dünyaya gəlir və uşağın anası onları tərk edir. Hekayə də bundan sonra başlayır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay