BAKU Azərbaycan
15.03 °C

"Ad günümü morqda qeyd etmişdim"

"Yarqı" serialında "Pars" obrazına həyat verən aktyor Mehmet Yılmaz Akın 36 yaşı tamam olub.

Gazetteaz axşam.az-a istinadən xəbər verir ki, aktyor müxbirlərə açıqlamasında ən yaddaqalan doğum günü xatirəsindən söz açıb. O, bir dəfə yaşını morqda qeyd etdiyini bildirib:

"36 yaşım tamam oldu. Yeni yaşım üçün həyəcanlıyam. Bir dəfə ad günümü morqda qeyd etmişdim. Həmin gün film çəkilişlərinə təsadüf edirdi. Çəkiliş isə morqda olacaqdı. Çəkim bitdikdən sonra heyyət içəri tortla daxil oldu və məni təbrik etdilər. Özümü çox qəribə hiss etmişdim. O gündən sonra düşündüm ki, fani dünyaya çox da əhəmiyyət vermək lazım deyil. Yeni yaşın olur, amma bax, morqdasan".