BAKU Azərbaycan
19.03 °C

Məşhur türkiyəli aktyor adını dəyişdirib dindar oldu

Məşhur türkiyəli aktyor Meriç Erkan adını dəyişdirib, dindar olub. 

Gazetteaz "Qafqazinfo"ya istinadən xəbər verir ki, adını "Mahmud" edən Meriç Erkan "Yeni Şafak"a açıqlamasında "Nasuh tövbəsi" etdiyini, başqa bir həyata başladığını açıqlayıb:

"Necə belə bir həyatı yaşamışdım. Qurban olduğum Allahım sözündən dönməz, o məni bağışladı.

Kimsə peşman olacağı şeyləri etməsin, sonra çox məyus olar. Allahdan belə rəhmli bri Rəbbimiz var.  

Mən eyni adamam, eyni bədən, amma həyat insanı başqa tərəflərə çəkir. Daha öncəki konseptim, şoumenlik və s., təbii insan... Bu bir konsept deyil, bu başqa bir şeydir... Rəbbimlə aramdakı bir hesablaşma... Bir şeyin fərqinə varırsınız və bunu son nəfəs gəlmədən edirsiniz.

Rəbbim deyir ki, "Bir günahına tövbə edib onu bir daha təkrar etməyəni mən bağışladım". Mən də deyirəm ki, O, sözündən dönməz... Amma mən özümü yaramazlıq edərəm, günahlarıma davam edərəm, tövbəmi pozaram, onda da cəzamı alaram".