BAKU Azərbaycan
19.03 °C

Vüsalə Əlizadə: "Nifrət edirdim, amma sonra onu sevməyə başladım..."

Aparıcı Vüsalə Əlizadə mərhum Xalq artisti Muxtar Maniyev barədə danışıb.

Gazetteaz Lent.az-a istinadən xəbər verir ki, aparıcı “7 canlı” verilişində bildirib ki, Maniyev oynadığı rolları peşəkarcasına canlandırıb:

"Rolu elə canlandırırsan ki, tamaşaçı səni həyatda da o insan kimi görür. Biz uşaqlıqdan belə böyümüşük. Bizim dəyərli aktyorlarımız mənfi rolları o qədər peşəkarcasına ifa ediblər ki... Mən illər sonra Universitetdə oxuyanda dəyərli sənətkarımız Muxtar Maniyevi sevməyə başladım. Amma o, mənfi obrazları elə canlandırmışdı ki, mənim içimdə ona qarşı nifrət var idi".