BAKU Azərbaycan
18.03 °C

Aktrisanın daha bir heykəli hazırlandı

Aktrisa Zendayanın (Zendaya Koulman) mumdan heykəli hazırlanıb.

Gazetteaz axşam.az-a istinadən xəbər verir ki, heykəl Londondakı Madam Tüsso muzeyində nümayiş olunacaq.

Sözügedən eksponatın cizgiləri hələ 2015-ci ildə heykəltəraşlar tərəfindən götürülərək hazırlanıb. Heykəl bu həftədən etibarən muzeyə gələn ziyarətçilərə təqdim olunacaq.

Qeyd edək ki, bu Zendayanın ilk mumdan heykəli deyil. Daha əvvəl aktrisanın 2 belə eksponatı hazırlanıb.