
Reklam
08 Fevral 2022, 14:45
606
Vladimir Litvintsev: "Əsas vəzifəmi yerinə yetirdim"
"Minumum hədəf final mərhələsinə vəsiqə qazanmaq idi və əsas vəzifəni yerinə yetirdim".
Gazetteaz xəbər verir ki, bunu Pekin-2022 Qış Olimpiya Oyunlarında çıxış edən Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev deyib.
21 yaşlı idmançı ilk dəfə çıxış etdiyi olimpiadada finala yüksəldiyini xatırladıb: "Buz üzərində sürüşən vaxt ümumilikdə təmiz proqram göstərdim. Əlbəttə buna şad idim".
Qeyd edək ki, Vladimir Litvintsev qısa proqramda 30 idmançı arasında 84,15 xalla 18-ci olub və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





