Macarıstan ölkə vətəndaşlarını tez-tez vaksinasiya olunmağa məcbur etməyəcək

Macarıstan hökuməti COVID-19-a qarşı ilk iki peyvənd vurdurmuş insanlar üçün immunitet barədə sertifikatların qüvvədə olma müddətini mayın 1-dək artırmaq niyyətindədir.

Gazetteaz bildirir ki, bu tədbir Avropa İttifaqının üzvü olan digər ölkələrin praktikasına uyğun olaraq həyata keçirilir: həmin ölkələrdə "omikron" ştamının yaranması ilə əlaqədar immunitet sertifikatları barədə qaydaları sərtləşdirilmir. Bu səbəbdən Macarıstan hökuməti də öz vətəndaşlarının ayrı-seçkiliyə məruz qalmasına və Aİ üzvü olan digər ölkələrin vətəndaşları ilə müqayisədə onların əlverişsiz vəziyyətə düşməsinə imkan verməyib.

Bundan əvvəl, Macarıstan hökuməti ikinci dəfə peyvənd vurdurmasından ən çoxu 6 ay keçmiş və ya təkrar peyvənd vurdurmuş insanlara verilmiş immunitet sertifikatlarının qüvvədə olma müddətini fevralın 15-dən etibarən məhdudlaşdırmağı planlaşdırırdı. İndi isə Avropa Komissiyası belə hesab edir ki, sertifikatların qüvvədə olma müddəti müəyyən edilərkən vaksinləmənin birinci dövrəsi başa çatandan sonra ən geci 6 ay müddətində təkrar peyvənd vurmaq tövsiyəsi nəzərə alınmalıdır. Buster dozalarının əlçatanlığına təminat vermək üçün Aİ-nin elektron sertifikatları güzəştli müddət dövründə qüvvədə qalacaq. Güzəştli müddət dedikdə əvvəlki 6 aydan əlavə 3 aylıq müddət nəzərdə tutulur.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR