"Sürətlə yayılma hesabına yenidən xəstəxanalar dola bilər..."

"Omikron" ştamı daha çox yuxarı tənəffüs yolları əlamətləri ilə özünü büruzə verir. Bununla yanaşı, yüksək hərarətlə də xarakterizə olunur. İybilmə, dadbilmənin itirilməsi əvvəlki ştamlara nəzərən daha aşağıdır. Bəzən həmin qabiliyyətlərin qorunub saxlanılması, bəzən isə gec bir qədər gec itirilməsi müşahidə edilir. Pnevmoniya yaratmaq qabiliyyəti isə "delta"ya görə daha aşağıdır. Təbii ki, bunlar hələ ki bu günə qədər olan məlumatlardır. Hazırda qış fəsli olduğuna görə, bu mövsümdə sadəcə "omikron" deyil, digər viruslar da aktiv halda olur. Mövsümi qrip də geniş yayılıb. Respirator infeksiyalar qış mövsümünü sevdiyindən onların yayılma qabiliyyəti daha da çoxalır. Qış aylarında vətəndaşlar daha çox qapalı məkanlara üstünlük verdiklərinə görə, burada ara məsafəsi çox zaman qorunmur. O baxımdan qış mövsümündə respirator xəstəliklər daha çox yayılır.

Qalanews xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

V.Əliyev bildirib ki, "omikron" ştamının mənfi cəhəti onun "delta" variantına nisbətən daha sürətlə yayılma xüsusiyyətinə malik olmasıdır: "Bunu gündəlik yoluxma hallarındakı artımla da aydın şəkildə görmək olar. Ancaq xəstəxanaya yatış ehtiyacı və ölüm riski "delta" variantına görə daha aşağıdır. Bu, müsbət haldır. Buna baxmayaraq, vətəndaşlar arxayınlaşmamalıdırlar. Çünki nə qədər sürətli artım olarsa, dolayı yolla xəstəxanaya yatış ehtiyacı da arta bilər. Məsələn, "delta" variantında 10 nəfərdən birinin hospitalizasiya ehtiyacı olurdusa, "omikron" ştamında 20 xəstədən biri xəstəxanada müalicə alır. Sürətlə yayılma hesabına yenidən xəstəxanalar dola bilər, lakin bunu proqnozlaşdırmaq hələ tezdir. Hələ ki, Azərbaycanda çarpayı sayları yetəri qədərdir. Buna baxmayaraq, COVID-19-a yoluxma sayları kifayət qədər çoxdur. Yaxın günlərdə daha yüksək yoluxma sayları görə bilərik. Bunun qarşısını almaq üçün vətəndaşlar vaksinləşmə prosesini gecikdirməməlidirlər. Xüsusilə "buster" dozanı zamanında vurdurmalıdırlar. Xəstəliyin hər hansı spesifik müalicəsi olmadığına görə, vaksin xəstəlikdən qoruyan yeganə vasitədir. Virusun yayılma sürətinin artmasına baxmayaraq, ağırlıq dərəcəsinin azalması xəstəliyin sönməyə doğru getdiyinə dair ümid verir. Hazırda o dönəmə çatmadığımıza görə, vaksin profilaktikasını davam etdirməliyik. Xüsusilə xroniki, yanaşı xəstəliklərdən əziyyət çəkən və ağırlaşma ehtimalı daha çox olan yaşlı xəstələr mütləq "buster" doza ilə peyvəndlənməlidirlər. Araşdırmaların nəticəsi onu göstərir ki, "buster" doza qoruyucudur. Bununla paralel olaraq pandemiyanın əvvəlindən tövsiyə edilən qızıl qaydalara əməl etmək də unudulmamalıdır".

SON XƏBƏRLƏR

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

BÜTÜN XƏBƏRLƏR