Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 59% artıb

"İxrac icmalı" nın fevral sayına əsasən, 2022-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 3,1 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 232,2 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 86,2 mln. ABŞ dolları və ya 59% artıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə bildirilib.

Qeyd edilib ki, 2022-ci ilin yanvar ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 mln ABŞ dolları artaraq 52,8 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,3 dəfə, pambıq lifi ixracı 56,4%, alüminium və ondan hazırlanan məmulatların ixracı 56,5%, pambıq iplik ixracı 34,5%, şəkər ixracı isə 24,1%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 10,2% artıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 31% artaraq 60,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 71,9% artaraq 172 milyon ABŞ dolları təşkil edib

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR