Məşhur həkim "omikron"la bağlı danışdı: Virusla zarafat etmək olmaz, yoxsa...

Gazetteaz bildirir ki, Milli Tibb Palatasının prezidenti, Təcili Uşaq Cərrahiyyəsi və Travmatologiyası Elmi-Tədqiqat İnstitutunun prezidenti Leonid Roşal hesab edir ki, koronavirus məhdudiyyətlərini aradan qaldırmaq hələ tezdir və virus düşündüyümüzdən ağıllıdır.

- "Omikron" getdikcə uşaqlara "yapışır". Valideynlərə necə arxayınlaşdırmaq olar, nə məsləhət verə bilərsiniz ki, insanlar - böyüklər və uşaqlar ruhdan düşməsin...

- Təbii ki, heç vaxt ruhdan düşmək olmaz. Amma bu pandemiya göstərdi ki, görünməz virusla zarafat etmək mümkün deyil. Və onlar bəşəriyyətə tamamilə gözlənilməz dərsləri keçirlər - təkcə Avropada deyil, Asiyada, Amerikada ... Ümumiyyətlə, belə çıxır ki, bu gözəgörünməzlər bizdən müəyyən dərəcədə ağıllıdırlar.

- Bu, necə ola bilər?

- Məni bu qədər sakitləşdirən yeganə şey odur ki, yoluxanların sayının çox olmasına baxmayaraq, ağır xəstələrdə hələ də belə proporsional artım yoxdur. Bu, yaxşıdır. İkincisi odur ki, daha çox oxumaq və tarixə baxmaq lazımdır. Heç vaxt bitməyən pandemiya olmayıb. Və bu da bitəcək. Amma nə ilə nəticələndiyini söyləmək çox çətindir.

- Gəlin uşaqlara qayıdaq...

- Uşaqlar, doğrudan da, daha tez-tez xəstələnməyə başlayıb. Belə hal olmamışdı, baxmyaraq ki, bəzi ölkələrdə peyvəndlənmə iki yaşından aparılır. Yenə də bunda müəyyən ünsürlər və qurtuluş var, sonda "omikron" tükənəcək. Lakin bunun nə vaxt olacağını dəqiq söyləmək çətindir. Mənə elə gəlir ki, bütün anti-epidemik qaydaları aradan qaldırmamalıyıq, uşaqlarda da.

- Yəni həm maska rejimi, həm də sosial məsafə...

- Başa düşürəm ki, bunu uşaqlarla etmək böyüklərdən daha çətindir, amma hər halda etmək lazımdır. Axı, bu tədbirlər anti-epidemioloji xarakter daşıyır - onlar uşaqlar üçün ön plandadır. Klinikalara boş yerə sürüklənməyə ehtiyac yoxdur, evdə sakitliyi qorumaq daha yaxşıdır. Ayıq-sayıqlığı qorumalıyıq. COVID-19 xəstələrinin sayı azalsa belə - məncə, onu məğlub etdiyimizi düşünmək hələ tezdir. O, ağıllıdır...

Uşaq asqıran kimi klinikaya qaçmağa ehtiyac yoxdur. Ümumiyyətlə, ekstremal hallarda evə həkim çağırmağın tərəfdarıyam. 

SON XƏBƏRLƏR

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

BÜTÜN XƏBƏRLƏR