“Omikron” səthlər üzərində daha çox qala bilir

Ölkəmizdə yeni növ koronavirusa (COVID-19) yoluxanların sayında antirekord qeydə alınıb. COVID-19-un yeni ştamı olan "omikron"a yoluxanlarda soyuqdəyməyə bənzər əlamətlər yaranır. Boğaz ağrısı, burun axması, asqırma, halsızlıq, başağrısı yeni ştamın əsas əlamətləridir. Xəstələrin bir hissəsində isə öskürək, hərarət, iybilmənin itməsi halları da müşahidə olunur.

Gazetteaz bildirir ki, həkim-infeksionist Ləman Qalimovanın dediyinə görə, virusla mübarizədə əsas amil immunitetin formalaşmasıdır: "İnfeksiyanın "omikron" ştamı olub-olmadığını aydınlaşdırmaq üçün mütləq PZR testindən keçmək lazımdır. Ən düzgün yol - "buster" dozanın vurulmasıdır, çünki həmin doza vurulandan sonra xəstəlikdən qoruyuculuq faizi artır. Onu da qeyd etmək lazımdır ki, "omikron"un səthlər üzərində qalma müddəti daha çoxdur, hətta plastik səthlərdə 8 saatadək qala bilir".

Mütəxəssislər bildirirlər ki, "omikron"a qarşı iki doza vaksin 25 faiz qoruma yaradırsa, üçüncü dozadan sonra bu rəqəm 70 faizin üzərindədir. Həkim məsləhəti olmadan antibiotiklərin qəbulu isə yolverilməzdir: "Antibiotik bakteriya əleyhinə dərmandır və onun virus xəstəliyinin müalicəsində istifadə edilməsi düzgün deyil. Əgər onun təyin olunmasına ehtiyac varsa, bu, ancaq həkim təyinatı əsasında olmalıdır".

COVID-19-un yeni ştamı daha çox yoluxdurucu olsa da, inkubasiya dövrü azdır. Virus hamilə qadınları və uşaqları da yoluxdurur. Həkim-infeksionist bununla əlaqədar deyib: "Məktəblərdə şagirdlərin maska taxması, əl gigiyenasına riayət etməsi mütləqdir. Başağrısı, hərarəti olan, burnu axan uşaqları valideynlər məktəbə göndərməməli və təcrid etməlidirlər ki, yoluxma digər şagirdlər arasında yayılmasın".

 

 

AZƏRTAC

SON XƏBƏRLƏR

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

BÜTÜN XƏBƏRLƏR