
Reklam
04 Fevral 2022, 15:07
445
Ərdoğan: "Rusiya-Ukrayna gərginliyini azaltmaq üçün töhfəmizi verməyə hazırıq"
"Rusiya və Ukrayna arasındakı gərginliyin azalması üçün lazımi töhfəni verməyə hazırıq”.
Gazetteaz “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən ölkəsinə dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Təəssüf ki, Ukrayna ilə Rusiya arasında gərginlik getdikcə artır. Gərginliyi azaltmaq üçün lazımi töhfəni verməyə hazır olduğumuzu Prezident Volodimir Zelenskiyə şəxsən dedim. O da "belə bir vəziyyətdə öhdəmə nə düşürsə, etməyə hazıram, zəng etdiyiniz günün səhərisi, hara desəniz, ora gələrəm" dedi. Beynəlxalq medianın Ukrayna-Rusiya arasındakı gərginliyi böyütməsinin faydadan daha çox zərər gətirəcəyini bildirdim”, - o söyləyib.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





