Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib.

Gazette.az xəbər verir ki, qanunverici orqanın sədri Mustafa Şentopun imzası ilə Xarici əlaqələr komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərini, eləcə də ortaq milli maraqları özündə ehtiva edən tarixi sənəd kimi dəyərləndirilib.

Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın sədrliyi ilə keçirilən iclasda deputatlar, hökumətin təmsilçiləri və ekspertlər Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran və başqaları diqqətə çatdırıblar ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyə dövləti və xalqı haqq işində hər zaman Azərbaycanın yanında olub. Bildirilib ki, Şuşa Bəyannaməsi mövcud beynəlxalq geosiyasi vəziyyətdə qəbul edilmiş ən düzgün tarixi sənəddir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı Qələbə nəticəsində regionda yaranmış yeni geosiyasi vəziyyət bütün tərəflər üçün tarixi şans kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Türkiyə şanlı Vətən müharibəsində olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaqdır. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini özündə tam dolğunluğu ilə əks etdirir.

Çıxışlarda qeyd olunub ki, Şuşa Bəyannaməsinə söykənərək Ermənistanla normallaşma, Zəngəzur dəhlizinin açılması, regionda çoxtərəfli əməkdaşlıq məsələlərində ortaq addımlar atılacaq.

Müzakirələrdən sonra komissiya Şuşa Bəyannaməsini təsdiqləyib və sənədin Türkiyə Böyük Millət Məclisinin plenar iclasında müzakirə edilməsini tövsiyə edib.

Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” 2021-ci ilin iyunun 15-də Şuşa şəhərində imzalanıb.

Şuşa Bəyannaməsini Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Azərbaycan Milli Məclisi fevralın 1-də Şuşa Bəyannaməsini təsdiqləyib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR