
Reklam
28 Yanvar 2022, 15:10
553
Volodimir Zelenski Ukrayna Milli Qvardiyasının komandanını işdən çıxarıb
Ukrayna Prezidenti Volodimir Zelenski Milli Qvardiyanın komandanı general-polkovnik Nikolay Balanı tutduğu vəzifədən azad edib.
Gazetteaz xəbər verir ki, bu məlumatı Ukrayna Prezidentinin saytı yayıb.
Milli Qvardiya komandanının işdən çıxarılmasına səbəb kimi yanvarın 27-də bir əsgərin 5 hərbçi yoldaşını öldürməsi, 5-ni isə yaralaması göstərilir.
General-leytenant Yuri Lebed Ukrayna Milli Qvardiyasının yeni komandanı təyin olunub.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





