BAKU Azərbaycan
15.03 °C

“Azra Kıvança şər atdı”

Qalmaqallı "Best Model" yarışmasının yaradıcısı Erkan Özerman Kıvanç Tatlıtuğ və onun keçmiş sevgilisi Azra Akınla bağlı bir sıra iddialar irəli sürüb.

Gazetteaz olay-a istinadən xəbər verir ki, "Al sana haber" verilişində qonaq olan Özerman Azranın Kıvança şər atdığını iddia edib:

"Kıvança etdiyi pislik və atdığı şərlərə görə o qızı yaşatmazdım, evində məhkum edərdim. Oğlana nələr etdi. Səbəbi isə qısqanclıq idi. O, Niderlandda yaşayırdı. Kıvanç isə Parisdə işləyirdi. Zəng edib "Sən bu gecə kiminlə yatdın?" deyib ağlamağa başlayırdı. Kıvanc məcbur olub qatarla 2 saatdan çox yol gedirdi. Hətta Kıvança atdığı şəri burada danışa bilmərəm".

Aparıcı Seyhan Soylunun "Kıvançın gay olduğunu eyham etmişdi?" sualına Özerman "Azra onu itirmək qorxusu ilə şər atdı" cavabını verib.