
Reklam
24 Yanvar 2022, 19:21
626
NATO-nun Baş katibi Britaniya XİN başçısı ilə Ukrayna böhranını müzakirə edib
NATO-nun Baş katibi Yens Stoltenberq Böyük Britaniya xarici işlər naziri Liz Trass Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə ediblər.
Gazetteaz xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Oana Lunqesku tviter hesabında yazıb.
“Tərəflər Rusiyanın Ukrayna ətrafında hərbi güclənməsini və Avropanın təhlükəsizliyinə təsirlərini müzakirə ediblər. Stoltenberq Böyük Britaniyaa NATO-nun kollektiv müdafiəsinə verdiyi töhfələrə və tərəfdaşımız Ukraynaya verdiyi güclü dəstəyə görə təşəkkür edib”, - paylaşımda qeyd olunub.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





