
Reklam
14 Yanvar 2022, 14:26
684
Rusiya Azərbaycana Ermənistanın demarkasiya komissiyası ilə bağlı təkliflərini çatdıracaq
Rusiya tezliklə Ermənistan-Azərbaycan dövlət sərhədlərinin delimitasiyasına başlanmasına tərəfdardır.
GAZETTE xəbər verir ki, bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair illik mətbuat konfransında bildirib.
O, sərhədlərin delimitasiyası məsələsinin Qarabağ regionuna aidiyyəti olmadığını qeyd edib.
“Artıq bir ildir ki, biz sərhədlərin delimitasiyası ilə bağlı danışıqlara başlamağı təklif edirik”, - Rusiya XİN başçısı vurğulayıb.
Lavrov diqqətə çatdırıb ki, Rusiya Azərbaycana Ermənistanın demarkasiya komissiyası ilə bağlı təkliflərini çatdıracaq: “Rusiya komissiyanın yaradılması barədə məsələnin tezliklə həll olunacağına ümid edir”.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





