Hulusi Akar Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu bildirib

"Rusiya ilə Ukrayna, Rusiya ilə NATO arasındakı gərginliyin ən qısa zamanda sülh yolu ilə, danışıqlar vasitəsilə həll edilməsini, əmin-amanlığın və sabitliyin hökm sürəcəyi bir mühitin bərqərar olmasını istəyirik”.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və nazir müavinləri, birlik komandirlərinin iştirakı ilə keçirdiyi videokonfransda bu barədə bildirib.

H.Akar deyib ki, bu istiqamətdə Türkiyə üzərinə düşən vəzifəni icra etməyə, hər şəkildə dəstək göstərməyə hazırdır: “Bu mövzuda indiyə qədər necə dəstək verirdiksə, yenə də dəstəyimizi əsirgəməməyə hazırıq”.

Qara dəniz bölgəsində baş verən son hadisələrə toxunan Türkiyə milli müdafiə naziri sakitliyin hökm sürməsi üçün çalışdıqlarını vurğulayıb: “İndiyə qədər razılaşdığımız müqavilələr və müvafiq qaydalar çərçivəsində Qara dənizdəki fəaliyyətlərin heç bir şəkildə gərginlik yaratmamasına, baş verənlərin böyüməməsinə çalışırıq. Bununla bağlı bütün tərəflərə mövqeyimizi bildirirəm”.

SON XƏBƏRLƏR

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

BÜTÜN XƏBƏRLƏR